Siyasət
Pleyeri seçin:

İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib

22 oktyabr 2024

Prezident İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

Dövlət başçısı COP29-a hazırlıq işlərinin artıq son mərhələdə olduğunu qeyd edib.

O vurğulayıb ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir.

Prezident İlham Əliyev bu nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu konfransın regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd edib.

Dövlət başçısı Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib.

Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü deyib və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirilib.

Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.

Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Cammu və Kəşmirin işğal gününə həsr olunmuş tədbir keçirildi

Siyasət
26 oktyabr 2024
ABŞ-nin insan haqları məsələlərini təhrif etmək hüququ yoxdur | Ayxan Hacızadə

ABŞ-nin insan haqları məsələlərini təhrif etmək hüququ yoxdur | Ayxan Hacızadə

Siyasət
26 oktyabr 2024
Kanak xalqının etiraz aksiyaları ilə bağlı nəticələr açıqlandı

Kanak xalqının etiraz aksiyaları ilə bağlı nəticələr açıqlandı

Siyasət
25 oktyabr 2024
Paşinyan mətbuata hansı açıqlamaları verdi? | BRICS sammitində yaddaqalan məqamlar

Paşinyan mətbuata hansı açıqlamaları verdi? | BRICS sammitində yaddaqalan məqamlar

Siyasət
25 oktyabr 2024
Bakı və Tbilisi oxşar problemlə üzləşib | Qərbdən Gürcüstana təzyiqlər səngimir

Bakı və Tbilisi oxşar problemlə üzləşib | Qərbdən Gürcüstana təzyiqlər səngimir

Siyasət
25 oktyabr 2024
Qvadelupanın sakinləri Fransa əsarətində | Təmsilçi od püskürdü

Qvadelupanın sakinləri Fransa əsarətində | Təmsilçi od püskürdü

Siyasət
25 oktyabr 2024
Lukaşenko ilə küsülü olan Paşinyan onunla nədən danışıb? | Sensasiyalı açıqlama

Lukaşenko ilə küsülü olan Paşinyan onunla nədən danışıb? | Sensasiyalı açıqlama

Siyasət
25 oktyabr 2024
Region üçün önəmli olan seçki sabah baş tutacaq | Baku TV əməkdaşından son məlumatlar

Region üçün önəmli olan seçki sabah baş tutacaq | Baku TV əməkdaşından son məlumatlar

Siyasət
25 oktyabr 2024
BTQ hansı məsələlərlə bağlı mühüm çağırış etdi? | Abbas Abbasovdan açıqlama

BTQ hansı məsələlərlə bağlı mühüm çağırış etdi? | Abbas Abbasovdan açıqlama

Siyasət
25 oktyabr 2024
“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 oktyabr 2024
Seçilmişlər
icon