İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.
Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolinlə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.
Dövlət başçısı Kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd edib.
Kardinal Pietro Parolin səfirliyin açılmasına görə təşəkkürünü bildirib, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
#Azərbaycan teqi istifadə olunub
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
- Hasilatı artıracaq yeni avadanlıqlar təqdim edildi - Baku TV
- Rusiya Azərbaycan vasitəsilə İrana nələr yollayır? - Baku TV
