İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan dövlət başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırlayaraq bu qərarın bütün islam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirib və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğulayıb.
Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlət başçısına çatdırıb.
İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş edib.
Qonaq şeyx həzrətlərinin İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğulayıb. O qeyd edib ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
