Pleyeri seçin:

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

18 mart 2025 280 baxış

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Dövlət başçısı təbrik mesajında bildirib ki, ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilib.

“Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir.

Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir.

Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir.

Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm. Bayramınız mübarək olsun!”, – Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik mesajında belə deyilir.

İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 yanvar 2026 280 baxış
Mina təhlükəsini ciddiyə almamaq sosial vərdişə çevrilib? - AKTUAL GÜNDƏM

Mina təhlükəsini ciddiyə almamaq sosial vərdişə çevrilib? - AKTUAL GÜNDƏM

Siyasət
15 yanvar 2026 280 baxış
"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

Siyasət
15 yanvar 2026 280 baxış
"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

Siyasət
15 yanvar 2026 280 baxış
Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Siyasət
15 yanvar 2026 280 baxış
Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Siyasət
14 yanvar 2026 280 baxış
Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Siyasət
14 yanvar 2026 280 baxış
“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

Siyasət
14 yanvar 2026 280 baxış
Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Siyasət
14 yanvar 2026 280 baxış
Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Siyasət
14 yanvar 2026 280 baxış
Seçilmişlər
icon