Pleyeri seçin:

İlham Əliyev Pakistanın Baş naziri ilə nələri müzakirə etdi?

07 iyun 2025 640 baxış

İyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Dövlət başçısı da öz növbəsində Pakistanın Baş nazirini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşlərin əlaqələrimizin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

İkitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Eləcə də bu ilin yayında İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Müctəba Xamenei kölgədən idarə edir: İranda real hakimiyyət kimin əlindədir? - AKTUAL GÜNDƏM

Müctəba Xamenei kölgədən idarə edir: İranda real hakimiyyət kimin əlindədir? - AKTUAL GÜNDƏM

Siyasət
09 may 2026 640 baxış
Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub

Siyasət
09 may 2026 640 baxış
Prezident Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olub

Prezident Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olub

Siyasət
09 may 2026 640 baxış
Prezident İlham Əliyev Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak edib

Siyasət
09 may 2026 640 baxış
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - Baku TV

Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - Baku TV

Siyasət
09 may 2026 640 baxış
Prezident İlham Əliyev və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar

Siyasət
09 may 2026 640 baxış
Prezident və birinci xanım Cəbrayılda xəstəxananın tikintisi ilə tanış olublar - Baku TV

Prezident və birinci xanım Cəbrayılda xəstəxananın tikintisi ilə tanış olublar - Baku TV

Siyasət
09 may 2026 640 baxış
Prezident və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - Baku TV

Prezident və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - Baku TV

Siyasət
09 may 2026 640 baxış
Prezident Cəbrayılın Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak etdi - Baku TV

Prezident Cəbrayılın Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak etdi - Baku TV

Siyasət
09 may 2026 640 baxış
Kiyevdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib - Baku TV

Kiyevdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib - Baku TV

Siyasət
09 may 2026 640 baxış
Seçilmişlər
icon