Pleyeri seçin:

Kiyevdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib - Baku TV

09 may 2026 352 baxış

Ukraynanın paytaxtı Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.

Əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivləri, diaspor fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Sonra Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib. Səfirliyimizin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev Şəhər Şurasının deputatları, Kiyev Şəhər Meriyasının rəsmiləri də iştirak ediblər.

Kiyev Şəhər Şurasının deputatı Miroslava Smirnova Baku TV-nin Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycandan gələn dəstəyə görə təşəkkürünü bildirib:

“Bu gün bizim üçün çox əlamətdardır. Biz eyni zamanda Azərbaycanın dəstəyinə sahib olduğumuz üçün minnətdarıq. Hər birimiz başa düşürük ki, bu gün atəşlər altında dron zərbələri ilə əlaqədar Kiyevdə ekoloji vəziyyətə zərər dəyir. Ona görə də birlikdə belə bir ekoloji aksiyanı azərbaycanlı tarixi şəxsiyyətin doğum günündə keçirdik. Bu aksiyalar nəticəsində təmiz hava ilə nəfəs alacağıq”.

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

Siyasət
24 sentyabr 2026 352 baxış
NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

Siyasət
24 sentyabr 2026 352 baxış
Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Siyasət
24 sentyabr 2026 352 baxış
Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 352 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 352 baxış
İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

Siyasət
24 sentyabr 2026 352 baxış
Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Siyasət
24 sentyabr 2026 352 baxış
Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Siyasət
23 sentyabr 2026 352 baxış
Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Siyasət
23 sentyabr 2026 352 baxış
Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 352 baxış
Seçilmişlər
icon