Pleyeri seçin:

İlham Əliyev Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşdü

18 noyabr 2024 382 baxış

Prezident İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uippslə görüşüb.

Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qonaq qeyd edib ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub. Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.

Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırıb. O vurğulayıb ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunan Zirvə Toplantısı keçirilib.

Dövlət başçısı Azərbaycanın Millətlər Birliyi (Commonwealth of Nations) təşkilatı ilə birlikdə kiçik ada dövlətlərinə xüsusi yardım proqramını həyata keçirdiyini deyib. İlham Əliyev bu xüsusda təşkilat çərçivəsində Azərbaycanın kosmik imkanlarını səfərbər edərək həmin dövlətlərin üzləşdiyi iqlim problemləri barədə məlumat bazası sisteminin yaradılması məsələsini qeyd edib.

Prezident vurğulayıb ki, on ildən artıqdır, Paris razılaşmasının 6-cı bəndi üzrə danışıqlar aparılsa da, məhz Bakıda keçirilən COP29-da bununla bağlı irəliləyiş əldə olunub.

Dövlət başçısı bundan başqa İtki və Zərərə Cavab Fondunun tam işlək olması istiqamətində tərəqqinin əldə edilməsini irəliyə doğru olan atılan mühüm addım kimi dəyərləndirib. Söhbət zamanı bütün dünyadan, xüsusilə də inkişaf etmiş dövlətlərdən yeni maliyyə hədəfləri ilə əlaqədar gözləntilərin olduğu qeyd edilib.

Palau Prezidenti dövlət başçısına xatirə hədiyyələri təqdim edib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 382 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 382 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 382 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 382 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 382 baxış
Seçilmişlər
icon