İlham Əliyev "ADEX-2024” və "Securex Caspian" sərgiləri ilə tanış olub
Prezident İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.
Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir.
“ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.
“ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. Bildirilib ki, bu il yubiley sərgisində daha çox – dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlanıldığını bildirib - 24 SAAT
- İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - Baku TV
- Prezident İlham Əliyev "ADEX 2026"nın açılışında iştirak etdi - Baku TV
- Birləşmiş Krallıqla tərəfdaşlığın önəmi | Prezident Lord Vernon Kioakeri qəbul etdi - Baku TV
- Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR
