İlham Əliyev "Fox News"a müsahibəsində "AZAL" təyyarəsinin vurulmasından danışıb
ABŞ səfəri çərçivəsində Prezident İlham Əliyev “Fox News” telekanalına müsahibə verib.
Telekanalın saytında dövlət başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Prezident bildirib ki, Azərbaycanın əldə etdiyi bugünkü nailiyyətlə bağlı hər hansı bir dövlətin mənfi fikir bildirməsi çətin olar: “Bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmanın heç kimə qarşı olmadığını, beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissəsinə çevriləcəyini vurğulayıb.
İlham Əliyev razılaşmanın əldə olunmasında roluna görə ABŞ Prezidenti Donald Tramp və onun komandasına minnətdarlığını bildirib.
Müsahibədə həmçinin Rusiya ilə münasibətlər və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulması məsələsi də müzakirə olunub. Prezident bunun qəsdən hücum olmadığını düşünərək deyib: “Biz sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi
- Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV
- İlham Əliyevin Trampa məktubunda nələr qeyd olunub? - "Haber Global"dan süjet - Baku TV
- Tarixi Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - Baku TV
- Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - Baku TV
