İlham Əliyev Sadır Japarovu Azərbaycana yenidən dövlət səfərinə dəvət etdi - Baku TV
“Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
“Həmçinin sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm”, – İlham Əliyev qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV
- Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV
- Japarov Azərbaycan-Qırğızıstan münasibətlərindən danışdı - Baku TV
- Prezident İlham Əliyevin uğurlu Qırğızıstan səfəri - Baku TV
- İlham Əliyevin Qırğızıstan səfəri "Haber Global"da - Baku TV
