İlham Əliyev Vaşinqton Sammitindən danışdı
“Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq:
“Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə gedəcək və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Prezident TRIPP layihəsinin mütləq reallaşdırılacağını da bildirib: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir”.
İlham Əliyev qeyd edib ki, bu layihə Orta Dəhlizin daha bir marşrutunu açacaq və Zəngəzurdan keçməklə 15 milyon ton yük dövriyyəsinə imkan yaradacaq.
#İlham Əliyev teqi istifadə olunub
- "Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV
- "Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV
- "Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV
- Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV
- Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV
