Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.
Bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", – deyə paylaşımda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı da verib.
"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq. Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", – deyə paylaşımda bildirilib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
