İlham Əliyev Vaşinqtonda keçirilən toplantıda iştirak edib - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının (Board of Peace) tarixi ilk iclasında iştirak edib. Bu yüksək səviyyəli toplantı qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulması və münaqişələrin həlli istiqamətində yeni dövrün başlanğıcı hesab olunur. İclas çərçivəsində İlham Əliyev və Donald Tramp arasında strateji məsələlər ətrafında mühüm dialoq baş tutub. Tramp Azərbaycanın regionda sülhün bərqərar olması, xüsusilə Ermənistanla münasibətlərin normallaşması prosesindəki liderliyini yüksək qiymətləndirib. Tədbirin sonunda ABŞ lideri şuranın əsas fəaliyyət prinsiplərini və maliyyə mexanizmlərini tənzimləyən rəsmi qətnaməni imzalayıb. Azərbaycanın bu platformada fəal iştirakı rəsmi Bakının beynəlxalq arenada artan nüfuzunun və qlobal sülhə verdiyi real töhfələrin Vaşinqton tərəfindən yüksək səviyyədə tanınmasının göstəricisidir.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
