Pleyeri seçin:

İlham Əliyev və birinci xanım Antalya Diplomatiya Forumunun açılış mərasimində

11 aprel 2025 539 baxış

Aprelin 11-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan giriş nitqi ilə çıxış edib. O, Forumun əhəmiyyətini vurğulayıb, tədbirdə çox nüfuzlu qonaqların iştirak etdiyini deyib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə dövlətinin başçısı hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq bu baxımdan Forumun roluna toxunub.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksək səviyyəli nümayəndə iştirak edir.

Forum çərçivəsində müxtəlif formatlarda keçiriləcək 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılacaq.

ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - Baku TV

ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - Baku TV

Siyasət
16 aprel 2026 539 baxış
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Siyasət
16 aprel 2026 539 baxış
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

Siyasət
16 aprel 2026 539 baxış
Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Siyasət
16 aprel 2026 539 baxış
"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

Siyasət
16 aprel 2026 539 baxış
Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Siyasət
16 aprel 2026 539 baxış
Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Siyasət
16 aprel 2026 539 baxış
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Siyasət
16 aprel 2026 539 baxış
Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR

Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR

Siyasət
16 aprel 2026 539 baxış
"Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV

"Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV

Siyasət
16 aprel 2026 539 baxış
Seçilmişlər
icon