Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində yerləşən məktəblərdən birinə edilən amansız silahlı hücum nəticəsində çox sayda insanın, xüsusilə də uşaqların həlak olması və yaralanması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Dövlət başçısı məktubunda baş vermiş faciədən dərin sarsıntı keçirdiyini bildirərək, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq aktını kəskin şəkildə pisləyib. Prezident İlham Əliyev Azərbaycan xalqı adından həlak olanların ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Videoda Türkiyədə baş verən bu dəhşətli hadisənin təfərrüatları, rəsmi Bakının qardaş ölkəyə dəstək bəyanatları və hadisə yerindən ən son görüntülər Baku TV-nin xüsusi reportajında təqdim olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
