Pleyeri seçin:

İlham Əliyev və Blinken Münxendə nələri müzakirə etdi?

17 fevral 2024 571 baxış

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlət başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, COP çərçivəsində ABŞ-nin də Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır.

Dövlət başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
16 mart 2026 571 baxış
İranla savaşda həlledici həftə: Hörmüz boğazı müharibənin taleyini müəyyən edəcək? - AKTUAL GÜNDƏM

İranla savaşda həlledici həftə: Hörmüz boğazı müharibənin taleyini müəyyən edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 mart 2026 571 baxış
Tramp avropalı müttəfiqlərinə təzyiqi artırır: NATO-nu pis gələcək gözləyir - AKTUAL GÜNDƏM

Tramp avropalı müttəfiqlərinə təzyiqi artırır: NATO-nu pis gələcək gözləyir - AKTUAL GÜNDƏM

Siyasət
16 mart 2026 571 baxış
WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV

WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV

Siyasət
16 mart 2026 571 baxış
XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Əraqçidən Hörmüz boğazı ilə bağlı açıqlama - YENİ BİR SƏHƏR

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Əraqçidən Hörmüz boğazı ilə bağlı açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
16 mart 2026 571 baxış
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
16 mart 2026 571 baxış
Qazaxıstanın Azərbaycandakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - Baku TV

Qazaxıstanın Azərbaycandakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - Baku TV

Siyasət
15 mart 2026 571 baxış
İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

Siyasət
15 mart 2026 571 baxış
Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 mart 2026 571 baxış
Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Siyasət
14 mart 2026 571 baxış
Seçilmişlər
icon