İlham Əliyev və Əhməd Məhəmməd Əhməd Əl Tayyib arasındakı görüşdə nələrdən danışıldı?
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyiblə görüşüb.
İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirib.
COP29-da iştiraka dəvətə görə təşəkkür edən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu deyib. O, İlham Əliyevi COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən Prezident İlham Əliyev Azərbaycanın İslam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğulayıb və İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd edib.
İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkəmizdə rahat yaşadıqlarını deyib.
Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda fəal iştirak edəcəyini bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
