Pleyeri seçin:
İlham Əliyev və Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları - Baku TV
Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarımıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub
- Prezident Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olub
- Prezident İlham Əliyev Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak edib
- Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - Baku TV
- Prezident İlham Əliyev və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
