İlham Əliyev və Paşinyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində - Baku TV
“Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində qeyd edib.
“İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir.
Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- "Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır" | İlham Əliyev - Baku TV
- İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - Baku TV CANLI
- Prezident İlham Əliyevlə Hakan Fidan arasında keçirilən görüş “Haber Global”ın gündəmində - Baku TV
- Hakan Fidan Prezidentin qəbulunda | Görüşdə hansı məsələlər vurğulandı? - Baku TV
- 500 min dollarlıq mükafat Qarabağ Dirçəliş Fonduna köçürüləcək - Baku TV
