İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birlikdə Şuşa gəzintisində
Azərbaycan və BƏƏ liderlərinin dostluğu Şuşa zirvəsində! Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan işğaldan azad edilmiş mədəniyyət paytaxtımız Şuşada birgə gəzintiyə çıxıblar. Baku TV-nin təqdim etdiyi xüsusi görüntülərdə dövlət başçılarının Şuşa qalasını ziyarət etməsi, şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olması və Cıdır düzündəki səmimi söhbətləri yer alıb. İlham Əliyev ali qonağa Qarabağın tarixi və Şuşanın dirçəlişi barədə məlumat verib. Rəsmi protokoldan kənar, səmimi atmosferdə keçən bu gəzinti iki ölkə arasındakı strateji müttəfiqliyin həm də şəxsi dostluq üzərində qurulduğunu bir daha nümayiş etdirir. Şuşa küçələrindən və tarixi abidələrdən ən eksklüziv kadrlar Baku TV-də.
#İlham Əliyev teqi istifadə olunub
- Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda
- İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
- Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV
- Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib
