Siyasət
Pleyeri seçin:

İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub

29 sentyabr 2023

Prezident İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına Alıbəyli kəndi barədə məlumat verib.

Qeyd olunub ki, Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir.

Bildirilib ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.

Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Həmçinin qeyd olunub ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq.

Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq. Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.

İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

Siyasət
11 dekabr 2023
İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar

İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar

Siyasət
11 dekabr 2023
İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub

İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub

Siyasət
11 dekabr 2023
Azərbaycan Serbiya üçün vacib tərəfdaşdır

Azərbaycan Serbiya üçün vacib tərəfdaşdır

Siyasət
10 dekabr 2023
İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü baş tutdu

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü baş tutdu

Siyasət
10 dekabr 2023
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etdi

İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etdi

Siyasət
10 dekabr 2023
İlham Əliyevin Serbiyaya işgüzar səfəri

İlham Əliyevin Serbiyaya işgüzar səfəri

Siyasət
10 dekabr 2023
Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük ediləcək

Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük ediləcək

Siyasət
10 dekabr 2023
Prezident Azərbaycanın enerji strategiyasından danışdı

Prezident Azərbaycanın enerji strategiyasından danışdı

Siyasət
10 dekabr 2023
İlham Əliyev: Qaz ixracımız 12 milyard kubmetrə çatacaq

İlham Əliyev: Qaz ixracımız 12 milyard kubmetrə çatacaq

Siyasət
10 dekabr 2023
Seçilmişlər
icon