İlham Əliyev Zəngilanda çıxış etdi: Şərqi Zəngəzurda quruculuq işləri
“Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“İlk olaraq bütün qonaqlarımıza təşəkkürümüzü bildirirəm. Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”, – dövlət başçısı vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV
- İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
