İlham Əliyevdən kazino oyunları ilə bağlı mühüm qərar
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, eləcə də “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdü - Baku TV
- Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü - Baku TV
- Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV
- Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV
- Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV
