Siyasət
Pleyeri seçin:

İlham Əliyevə COP29-la bağlı yaradılan şərait barədə məlumat verildi

04 noyabr 2024

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-a hazırlıq işləri davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksək səviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.

Dövlət başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar.

Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.

Dövlət başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.

Digər ölkə və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar.

Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksək səviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.

Paşinyandan Qarabağla bağlı debat çağırışı | Nikolun əlində nələr var?

Paşinyandan Qarabağla bağlı debat çağırışı | Nikolun əlində nələr var?

Siyasət
26 dekabr 2024
Qəzadan yayınmaq mümkün idi? | AZAL təyyarəsinin qəzası barədə təfərrüatlar - BAKU AKTUAL

Qəzadan yayınmaq mümkün idi? | AZAL təyyarəsinin qəzası barədə təfərrüatlar - BAKU AKTUAL

Siyasət
26 dekabr 2024
Qəzaya uğrayan AZAL təyyarəsinin istehsalçısı məsələyə aydınlıq gətirdi

Qəzaya uğrayan AZAL təyyarəsinin istehsalçısı məsələyə aydınlıq gətirdi

Siyasət
26 dekabr 2024
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri təcili telefonla danışdı

Qazaxıstan və Azərbaycan XİN rəhbərləri təcili telefonla danışdı

Siyasət
26 dekabr 2024
Heç bir xalq belə faciə yaşamasın | BƏƏ-nin Bakıdakı səfirindən qəza ilə bağlı açıqlama

Heç bir xalq belə faciə yaşamasın | BƏƏ-nin Bakıdakı səfirindən qəza ilə bağlı açıqlama

Siyasət
26 dekabr 2024
Qazaxıstanın Azərbaycandakı səfiri təyyarə qəzası barədə danışdı

Qazaxıstanın Azərbaycandakı səfiri təyyarə qəzası barədə danışdı

Siyasət
26 dekabr 2024
Azərbaycanın bu qələbəsi də uzaqda deyil | Hüquq müdafiəçisindən Paşinyanla bağlı açıqlama

Azərbaycanın bu qələbəsi də uzaqda deyil | Hüquq müdafiəçisindən Paşinyanla bağlı açıqlama

Siyasət
26 dekabr 2024
Qazaxıstanın Azərbaycandakı səfirliyində qəzada həlak olanların xatirəsi anıldı

Qazaxıstanın Azərbaycandakı səfirliyində qəzada həlak olanların xatirəsi anıldı

Siyasət
26 dekabr 2024
Nikolun Rusiyaya getməməsi Bakı ilə əlaqəlidir? | Tofiq Zülfüqarov pərdəarxası məqamları açıqladı

Nikolun Rusiyaya getməməsi Bakı ilə əlaqəlidir? | Tofiq Zülfüqarov pərdəarxası məqamları açıqladı

Siyasət
26 dekabr 2024
Azərbaycandakı siyasi partiyalar AZAL təyyarəsinin qəzası barədə bəyanat yaydı

Azərbaycandakı siyasi partiyalar AZAL təyyarəsinin qəzası barədə bəyanat yaydı

Siyasət
26 dekabr 2024
Seçilmişlər
icon