Siyasət
Pleyeri seçin:
Qəzaya uğrayan AZAL təyyarəsinin istehsalçısı məsələyə aydınlıq gətirdi
Aktauda qəzaya uğrayan təyyarənin istehsalçısı olan Braziliyanın “Embraer” aviaşirkəti hadisədən sonra ilk dəfə açıqlama yayıb.
“Embraer”in rəsmi saytında dərc olunan açıqlamada qeyd olunub ki, şirkət sözügedən hadisədən dərin kədərlənib.
“Düşüncələrimiz və səmimi başsağlığımız bu hadisədən zərər çəkmiş ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarınadır. Biz vəziyyətin inkişafı ilə bağlı hadisəni yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”, – deyə açıqlamada vurğulanıb.
Təyyarə istehsalçısı tam məsuliyyətlə bəyan edib ki, təyyarənin göyərtəsində uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib.
Kopyalandı
Seçilmişlər