İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı hansı məqamlar vurğulanıb? - Baku TV
Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin davam etdirilməsinin, ideoloji təhlükəsizliyin və hərbi gücün artırılmasının vacibliyini vurğulayıb.
Millət vəkili Sahib Alıyev Prezidentin mesajlarını şərh edərkən ideoloji təhlükəsizliyin hazırda mühüm məsələlərdən biri olduğunu bildirib.
“Biz hərbi və fiziki təhlükəsizliyimizi təmin etmişik. Amma ideoloji təhdidlər onların arzuladıqları nəticəni verərsə, şəhidlərin qanı hesabına əldə etdiyimiz uğurların üzərindən xətt çəkə bilər. Ona görə də ideoloji təhlükəsizlik məsələsi hazırda ən aktual məsələlərdəndir”, – deyə o qeyd edib.
Millət vəkili Prezidentin hərbi gücün artırılması ilə bağlı mesajını da şərh edib. Onun sözlərinə görə, əsas məqsədlərdən biri mümkün revanşizm və xarici təhdidlərin qarşısını almaqdır.
“Gücümüz o qədər çox olmalıdır ki, revanşizm ideologiyasından əl çəkməyənlər başa düşsünlər: yenidən baş qaldırsalar, bu onların son cəhdi olacaq. Eyni zamanda Azərbaycana qarşı hədələr səsləndirən dövlətlər də anlamalıdır ki, bu hədələrin bizə təsiri olmayacaq və reallaşdırılacağı təqdirdə qarşılığı olacaq”, – Sahib Alıyev vurğulayıb.
#Sahib Alıyev teqi istifadə olunub
- Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV
- "Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV
- Millət vəkili Rusiyanın ölkəmizə qarşı bitməyən qərəzindən danışdı
- Qərbi Zəngəzurda konsulluq açmaq istəyənlərin məqsədi | Deputatdan mühüm açıqlama
- Qərbi Azərbaycanda mənimsənilən məbədlər | Deputat çağırış etdi
