Siyasət
Pleyeri seçin:

İlham Əliyevin Litvanın Baş naziri ilə görüşü

23 may 2023

Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.

Görüşdə Azərbaycanla Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində fəal rol oynadığını xüsusi qeyd edib, Litvanın bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb və bu sahədə böyük potensialın olduğu vurğulanıb. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub və Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanıb. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edib. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

General öz cəlladının havalanmasına necə səbəb oldu? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

General öz cəlladının havalanmasına necə səbəb oldu? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
11 may 2024
Zakir Həsənovdan Hərbi Hava Qüvvələrinin fəaliyyəti barədə vacib açıqlama

Zakir Həsənovdan Hərbi Hava Qüvvələrinin fəaliyyəti barədə vacib açıqlama

Siyasət
11 may 2024
Prezident və xanımı Şuşada "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında

Prezident və xanımı Şuşada "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında

Siyasət
11 may 2024
İlham Əliyev Sus kəndinə qayıdan sakinlərlə görüşdü

İlham Əliyev Sus kəndinə qayıdan sakinlərlə görüşdü

Siyasət
11 may 2024
Polad Bülbüloğlu "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında

Polad Bülbüloğlu "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında

Siyasət
11 may 2024
İrəvanda etirazlar yenidən şiddətləndi | Ermənistanda gərginlik pik həddə

İrəvanda etirazlar yenidən şiddətləndi | Ermənistanda gərginlik pik həddə

Siyasət
11 may 2024
Prezident Vətən Müharibəsi Qəhrəmanını Şuşada evlə təmin etdi

Prezident Vətən Müharibəsi Qəhrəmanını Şuşada evlə təmin etdi

Siyasət
11 may 2024
Şuşanın tarixi siması bərpa olunacaq | Prezidentin festivalda çıxışı

Şuşanın tarixi siması bərpa olunacaq | Prezidentin festivalda çıxışı

Siyasət
11 may 2024
Prezident Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak etdi

Prezident Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak etdi

Siyasət
11 may 2024
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi

İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi

Siyasət
11 may 2024
Seçilmişlər
icon