İordaniyalı politoloq Azərbaycana olan sevgisindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Azərbaycanı ən ülvi hisslərim, ən saf məhəbbətim ilə sevirəm. Hətta ölkənizə 3 kitab da həsr etmişəm. Kitablardan biri Qarabağa, biri Azərbaycanın siyasi dəsti-xəttinə, üçüncüsü isə Ümummilli lider Heydər Əliyevə həsr olunub. Bu sözügedən kitabı məhz Prezidentiniz İlham Əliyevə hədiyyə etməyi planlayıram”.
Bunu Baku TV-yə açıqlamasında iordaniyalı politoloq Omar Mohammad Nazzal Armouti deyib.
“Heydər Əliyev ilə bağlı xatirələrimi sizinlə bölüşmək istəyirəm. O, möhtəşəm bir şəxsiyyət idi. Müasir Azərbaycanın banisi, qurucusu, ölkəni dirçəldən bir dahi idi.
Xalqın ona olan sevgisi məhz bu fədakarlıqdan irəli gəlir. Bizim ölkələr arasında hər zaman sıx dostluq əlaqələri olub. İordaniya xalqının rəğbətini qazanmağı bacaran Heydər Əliyev iki ölkə arasında bir çox siyasi, iqtisadi və digər əlaqələrin möhkəmlənməsinə əvəzsiz töhfələr verib”, – o bildirib.
#İordaniya teqi istifadə olunub
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Azərbaycanlılar üçün vizasız ölkələrin sayı artır - Baku TV CANLI
- Bu ölkədə azərbaycanlılar üçün viza tələbi aradan qalxır - Baku TV
- İranın növbəti hava hücumu dəf olundu
- İordaniyaya sarsıdıcı hücum | ABŞ ağır itki ilə üzləşdi - Baku TV
