Pleyeri seçin:

İqlim dəyişikliyi ilə mübarizə planı | Bu vəziyyətdən minimum itki ilə çıxmaq üçün...

21 noyabr 2024 638 baxış

“Bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaradır. Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir”.

Bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırlayıb və müxtəlif proqramlar vasitəsilə öhdəliklərini yerinə yetirmək üçün şərait yaradıb:

“Biz institusional mexanizmlər və əlverişli investisiya mühiti yaratmışıq. COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qrupları – uşaqlar, gənclər, qadınlar və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcək. Otuzillik müharibə vəziyyətində yaşamış Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərlə əldə olunacağını dərk edir”.

Bahar Muradova qeyd edib ki, Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir.

“Biz iqlim və gender ədaləti imkanlarının artırılmasında göstərdiyimiz birgə səylərlə fəxr edirik. Bu, iqlim siyasətimizin əsas prioritetlərindən biridir. Beynəlxalq və milli öhdəliklərimizə uyğun olaraq, “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Planın əsas prioritetlərindən biri iqlim dəyişikliklərinin gender bərabərliyinə təsirini, qadınlar və uşaqlar üçün risklərini nəzərə alan adaptasiya tədbirləridir. Planın icrası əhalini və qərar qəbul edənləri iqlim dəyişikliklərinin gender aspektləri ilə bağlı məlumatlandıracaq”, – deyə Dövlət Komitəsinin sədri vurğulayıb.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 638 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 638 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 638 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 638 baxış
Seçilmişlər
icon