İqtisadi inkişafa gəldikdə, bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik | Prezident - Baku TV
“İqtisadi inkişafa gəldikdə, bu il əldə olunmuş nəticələr bizə əsas verir ki, qazanılan uğurlarla fəxr edək”.
Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində səsləndirib.
Dövlət başçısı bildirib ki, valyuta ehtiyatlarımız tarixi rekord həddə çataraq 80 milyard ABŞ dollarından artıq olub. Xarici borcumuz isə daha da azalıb və hazırda ümumdaxili məhsulun cəmi 6,3 faizini təşkil edir.
O vurğulayıb ki, ölkənin maliyyə ehtiyatları borc öhdəliklərini dəfələrlə üstələyir:
“Valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və məhz bu səbəbdən dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldərək investisiya reytinqini müsbət səviyyəyə qaldırıblar”.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
- ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV
