Pleyeri seçin:

İqtisadi sahədə yeni sistem yaradılır | Prezident fərman imzaladı

09 iyul 2024 317 baxış

Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması barədə Fərman imzalayıb.

Sənədlə müəyyən edilib ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edir.

ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması və saxlanılması ilə bağlı xərclər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb altı ay müddətində Prezidentə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. İqtisadiyyat Nazirliyi isə həmin müddət ərzində ERİS-in formalaşdırılmasını təmin etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.

Banner
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 317 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 317 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 317 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 317 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 317 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 317 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 317 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 317 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 317 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 317 baxış
Seçilmişlər
icon