İran kənarda qalır? - “Azərbaycan və Türkiyənin seçdiyi yol...”
"Azərbaycan Zəngəzur dəhlizi adlanan layihə ətrafında beynəlxalq konsensus yarada bilib".
Bunu "NEWS.am"ə müsahibəsində erməni tədqiqatçı, şərqşünas Sergey Melkonyan deyib.
"İndi onlar "Sülh yollarının kəsişməsindən" danışmırlar. İndi yalnız Zəngəzur dəhlizi adlanan yerdən danışırlar. Konsensus belədir: bu yol açılmalıdır. İndi də bu böyük proqramın bir hissəsi olacaq maraqlı tərəfləri tapmağa çalışırlar", ‒ Melkonyan qeyd edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin özündə heç bir problem yoxdur: "Hamı razıdır ki, açılmalıdır".
Sergey Melkonyanın fikrincə, Azərbaycanın ikinci uğuru ondan ibarətdir ki, başqa kommunikasiyaların açılmasından söhbət getmir, hazırda ancaq Zəngəzur dəhlizinin açılması müzakirə edilir.
Azərbaycan isə Ermənistana Naxçıvandan keçməklə İrana yol verməklə bağlı heç bir öhdəlik götürmür. Söhbət ancaq Türkiyə və Azərbaycanın üstünlük verdiyi yoldan gedir.
"Bizim heç bir əlavə detallı məlumatımız yoxdur, lakin müxtəlif yerlərdən verilən xəbərlərə inansaq, tərəflərin müzakirə etdiyi müxtəlif variantlarım olduğunu deyə bilərik", ‒ ekspert bildirib.
O vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropaya son səfərləri, ABŞ-nin açıqlamaları, mətbuata və ekspertlərə sızdırılan məlumatlar "hələ manevr üçün yer olduğunu" göstərir.
"Lakin bu həm də o deməkdir ki, biz mümkün sona yaxınlaşırıq, dəhliz açılacaq və bu kontekstdə hansı tərəflə əməkdaşlıq edəcəyimizi seçmək vacib olacaq", ‒ Sergey Melkonyan bildirib.
#Zəngəzur dəhlizi teqi istifadə olunub
- “Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA
- Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV
- Putin Uitkoffla görüşəcək | Zelenskidən kritik açıqlama | Ərdoğan İrana niyə gedir? - YENİ BİR SƏHƏR
- İngiltərə nəşrində Zəngəzur dəhlizinin tarixi və Qərbi Azərbaycan həqiqətləri
- Hikmət Hacıyev Delfin Pronkla görüşüb
