Pleyeri seçin:

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

17 dekabr 2025 185 baxış

Dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Ermənistana taxıl daşıyan yük qatarı Biləcəri stansiyasından yola düşdü - Baku TV

Ermənistana taxıl daşıyan yük qatarı Biləcəri stansiyasından yola düşdü - Baku TV

Siyasət
01 fevral 2026 185 baxış
Azərbaycandan Ermənistana növbəti taxıl tədarükü - Baku TV

Azərbaycandan Ermənistana növbəti taxıl tədarükü - Baku TV

Siyasət
01 fevral 2026 185 baxış
Prezidentlər telefonda nəyi müzakirə etdilər? - Baku TV

Prezidentlər telefonda nəyi müzakirə etdilər? - Baku TV

Siyasət
01 fevral 2026 185 baxış
Döyüşçülər 10 kiloqramlıq zireh necə daşıyırdı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Döyüşçülər 10 kiloqramlıq zireh necə daşıyırdı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
31 yanvar 2026 185 baxış
Çinə münasibətdə London və Vaşinqton arasında fikir ayrılığı var? - ANALİTİK BAXIŞ

Çinə münasibətdə London və Vaşinqton arasında fikir ayrılığı var? - ANALİTİK BAXIŞ

Siyasət
31 yanvar 2026 185 baxış
Birgə təlimin hazırlıq məşqləri keçirilir | BƏƏ

Birgə təlimin hazırlıq məşqləri keçirilir | BƏƏ

Siyasət
31 yanvar 2026 185 baxış
Leyla Əliyeva Tatyana Valovaya ilə görüşdü | Xəzərin ekoloji vəziyyəti müzakirə olunub - Baku TV

Leyla Əliyeva Tatyana Valovaya ilə görüşdü | Xəzərin ekoloji vəziyyəti müzakirə olunub - Baku TV

Siyasət
31 yanvar 2026 185 baxış
"Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
30 yanvar 2026 185 baxış
Rusiya XİN: ”Aİ Ermənistandan anti-Rusiya kursuna tam sadiqlik tələb edəcək”

Rusiya XİN: ”Aİ Ermənistandan anti-Rusiya kursuna tam sadiqlik tələb edəcək”

Siyasət
30 yanvar 2026 185 baxış
Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
30 yanvar 2026 185 baxış
Seçilmişlər
icon