“İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməlidir” | Prezident
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salıb”.
Bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, atəşin hədəfləri mülki obyektlər idi:
“Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalıb. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV
- Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
- “Özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir” | Prezident
- Azərbaycan Prezidenti Tehranın hansı xahişini yerinə yetirib?
- Prezident Azərbaycanın əsassız terror aktı ilə barışmayacağını bəyan etdi
