İran vasitəsilə Naxçıvana qaz nəqli ilə bağlı yeni razılaşma
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvana İran vasitəsilə qaz nəqlinin müddəti uzadılacaq.
Bu barədə “Baku TV”yə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
Bildirilib ki, müqavilənin müddətinin uzadılması tərəflər arasında razılaşdırılıb və hazırda imzalanma mərhələsindədir.
Qeyd edilib ki, İrandan Naxçıvana qazın nəqli hazırda davam edir. 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək olan müddətdə nəql edilən qazın həcmi 188,5 milyon kubmetr təşkil edir.
İran vasitəsilə Naxçıvana qazın verilməsinə 2006-cı ildən başlanılıb. Bununla bağlı iki ölkə arasında 2005-ci ildə təbii qazın mübadiləsi üzrə müqavilə imzalanıb.
2025-ci ilin martın 5-də açılışı olan İğdır-Naxçıvan kəmərinə gəlincə, SOCAR-dan bildirilib ki, bu kəmərlə qazın nəqlinə hələ başlanılmayıb. Bu kəmər günlük 2 milyon kubmetr qaz nəql etmə qabiliyyətinə malikdir.
#İran teqi istifadə olunub
- İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI
- Tramp İranla razılaşma ehtimalını kənara qoydu | Meksikaya yeni şərt irəli sürdü - Baku TV CANLI
- İranın hərbi potensialı müzakirə mövzusu oldu
- Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz
- İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?
