Pleyeri seçin:

İranın dənizdən həyata keçirdiyi ilk real raket hücumu | Yaxın Şərqdəki müharibədə ABŞ-nin mövqeyi

14 iyun 2025 387 baxış

“Hərbi xronika” rubrikasının yeni buraxılışında hərbi jurnalist Fərdin İsazadə İran-İsrail münaqişəsindən bəhs edib.

O bildirib ki, 2025-ci ilin iyunun 13-də İsrail İran ərazisinə genişmiqyaslı hava hücumları həyata keçirib. Hücumlar zamanı əsas strateji hədəflərdən biri Kirmanşahdakı Ramazan Qərargahı olub:

“Zərbələr nəticəsində regiondakı proksi qüvvələrin koordinasiyasında mühüm rol oynayan Ramazan Qərargahının yerüstü infrastrukturunun bir hissəsi zədələnib. Lakin obyektin əsas idarəetmə və silah sistemlərinin dağ massivinin altında yerləşməsi səbəbi ilə tam sıradan çıxarılması təsdiq olunmayıb”.

F.İsazadə vurğulayıb ki, İran İsrailin bu əməliyyatlarına cavab olaraq bir sıra hərbi obyektləri hədəfə alan zərbələr həyata keçirib. Ən diqqətçəkən məqam isə İranın cavab tədbirlərini təkcə qurudan deyil, dənizdən də icra etməsidir:

“İran Hərbi Dəniz Qüvvələri İsrailə sualtı qayıqlardan buraxılan ballistik raket zərbələri endirib. Əvvəllər yalnız təlim xarakterli sınaqlarda tətbiq olunan bu taktika İran tərəfindən ilk dəfə real döyüş şəraitində istifadə edilib”.

Hərbi jurnalist qeyd edib ki, bu faktı həm cavab imkanlarının genişliyi, həm də İranın texnoloji imkanlarının nümayişi kimi dəyərləndirmək olar:

“Bu addım qarşıdurmanın artıq yalnız hava və quru üzərində deyil, strateji dəniz ərazilərində də hərbi fəallıq mərhələsinə keçdiyini göstərir. Eyni zamanda bu, bölgədə fəaliyyət göstərən ABŞ donanmasına ünvanlanmış dolayı siqnal kimi də qəbul oluna bilər”.

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 dekabr 2025 387 baxış
Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 dekabr 2025 387 baxış
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 387 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 387 baxış
AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

Siyasət
19 dekabr 2025 387 baxış
Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 387 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 387 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 387 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 387 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 387 baxış
Seçilmişlər
icon