Pleyeri seçin:

İrəvan bunu da etdi | Vətəndaş cəmiyyətindən ATƏT və Avropa Şurasına məktub

19 sentyabr 2024 346 baxış

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar.

Məktubda bildirilib ki, 36 ildir Ermənistandakı tarixi yurd yerlərindən, şəxsi evlərindən zorla çıxarılmış, qaçqın vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı hələ də İrəvana, Göyçəyə və digər tarixi məkanlara – Qərbi Azərbaycana qayıda bilmir. Tarixən azərbaycanlıların yaşadıqları Ermənistanda azərbaycanlılara məxsus maddi və mədəni irsin silinməsinə yönəlmiş sistemli kampaniya aparılıb. Bu qəsdən məhvetmə onilliklərdir davam edir:

“Ürək ağrısı ilə qeyd edirik ki, 1870-ci ildə Ermənistan ərazisində qeydiyyata alınan 269 məsciddən bu gün yalnız biri qalıb. Bundan başqa, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq da sistemli şəkildə məhv edilib. Ermənistan Respublikasının paytaxtı İrəvan şəhəri vaxtilə Şəhər, Dəmirbulaq və Təpəbaşı kimi rayonlara bölünmüşdü.

Azərbaycanlılar tərəfindən tikilən Təpəbaşı məhəlləsinin adı sonradan dəyişdirilərək “Kond” adlandırılıb. Bu məhəllə Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sağ qalan azsaylı nümunələrindən biridir. Lakin çox təəssüf ki, Ermənistan hökumətinin Azərbaycan xalqının mədəni irsinin silinməsi istiqamətində apardığı sistemli işin tərkib hissəsi olaraq qeyd edilən Təpəbaşı məhəlləsinin tamamilə dağıdılması planlaşdırılır”.

“Bu ilin mayında biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri UNESCO-nun Baş direktoru xanım Odri Azuleyə açıq məktub ünvanlayaraq xahiş etdik ki, Təpəbaşı məhəlləsinin dağıdılmasının qarşısını almaq üçün təsirli tədbirlər görülsün, əraziyə faktaraşdırıcı missiya göndərilsin. Ancaq bu müraciətimizə nə UNESCO-dan cavab gəldi, nə də insan hüquqlarının qorunmasını rəhbər tutduğunu elan etmiş Avropa Şurasından, ATƏT-dən bu məsələ barədə hər hansı narahatlıq bəyanatını gördük”, – məktubda vurğulanıb.

Ermənistan tərəfindən azərbaycanlılara məxsus mədəniyyət abidələrinin dağıdılması bir çox beynəlxalq konvensiyaları, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı, Ümumdünya İrs Konvensiyasını, Qeyri-maddi mədəni irsin qorunması və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanı kobud şəkildə pozur:

“Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə ciddi ziyan vurub. Qeyd edilən məsələlərlə bağlı həm Avropa Şurasının, həm də ATƏT-in açıq mövqe ortaya qoymasını tələb edirik. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-ə, Avropa Şurasına və UNESCO-ya inamını itirib.

Biz görürük ki, 1 illiyini qeyd etdiyimiz antiterror əməliyyatından qısa müddət sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli addım atdı. Bu rəftar və münasibət qəbuledilməzdir, onu təşkil edənlər öz məqsədlərinə nail ola bilməyəcəklər. ATƏT, Avropa Şurası məsələlərə ikili standartlar prizmasından yanaşmamalı, obyektiv və qərəzsiz olmalıdır.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq biz bütün aidiyyəti təşkilatlara bu istiqamətdə əməkdaşlığa, əlavə məlumat verməyə, azərbaycanlıların Ermənistandakı maddi və mədəni irsinin qorunması üçün səylərə vasitəçilik etməyə hazırıq. Bu xüsusda sizi Ermənistanı beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycan xalqına məxsus mədəni irsin bərpasına və qorunmasına təşviq etməyə çağırırıq”.

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Siyasət
26 sentyabr 2026 346 baxış
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 346 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 346 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 346 baxış
Seçilmişlər
icon