İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” adlı süjet hazırlanıb.
Verilişdə ermənilərin türklərə məxsus İrəvan şəhərinin istehkamı sayılan İrəvan qalasını yer üzündən silməsindən bəhs olunur.
Diqqətə çatdırılıb ki, müxtəlif dövrlərdə erməni tarixçiləri T.X.Hakopyan “İrəvan tarixinin oçerkləri” kitabında, eləcə də tarixçi Tovma Metsopetçi öz əsərlərində İrəvanın türk şəhəri və gözəl olmasını qeyd ediblər:
“Elə buna görə də sığındıqları bu gözəl şəhərə yiyələnmək, onu erməniləşdirmək niyyəti ilə xəyanətə, vandalizmə əl atıblar. Təbii ki, heç də həmişə bütün izlər silinmir”.
İrəvan şəhəri tarix muzeyinin baş elmi işçisi Susanna Harutyunyan, professor Haykaz Hovhannisyan və bir neçə erməni tarixçilərin İrəvan qalasının izləri ilə bağlı fikirlərinə yer verilən süjetdə vurğulanıb ki, imkanlı ermənilər İrəvana türk şəhəri olduğu üçün bura sərmayə qoymurdular:
“İrəvan türk şəhəri idi və ermənilərin bura ilə bağlı heç arzuları yox idi. Özlərinə çarəsizlikdən paytaxt seçən ermənilər qısa müddətdə türk şəhərini erməni şəhərinə çevirdilər”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
