İsrail Prezidentindən hökumətə çağırış
İsrail Prezidenti İsxak Hersoq Baş nazir Benyamin Netanyahunu ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.
Bu barədə siyasətçi tviterdə yazıb: “Mən Baş nazirə, hökumət və koalisiya üzvlərinə müraciət edirəm. İsrail xalqının birliyi və üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”.
Xatırladaq ki, İsraildə martın 26-da axşam saatlarında başlayan etirazlara səbəb Netanyahunun ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərməsi olub. Hökumət başçısı bu qərarı Y.Qalantın bir gün öncə açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olduğu məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bildirəndən sonra verib.
#İsrail teqi istifadə olunub
- Vaşinqton və Təl-Əvivin qərarından sonra danışıqlar necə davam edəcək? - Baku TV
- İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI
- İsrail qoşunların geri çəkilməsi üçün şərt qoyur | HƏMAS tam tərk-silah edilməlidir - Baku TV CANLI
- Yaxın Şərqdə ciddi diplomatik addım atıldı | Paris danışıqlar masasından silindi - Baku TV
- Tərəflər yeni qətnamə ilə bağlı BMT TŞ-yə müraciət edəcək
