Pleyeri seçin:

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

09 avqust 2026 212 baxış

İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə ittifaqının hədəfi deyil.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” Agentliyinin “Editör Masası” proqramında deyib.

Fidan sözügedən siyahıya İsrailin də daxil olub-olmaması ilə bağlı suala da cavab verib:

“Bir daha təkrarlayıram, bizə təhdid yaratmayan ölkələr hədəf deyil”.

XİN rəhbərinin sözlərinə görə, Türkiyənin yeni ittifaq yaratmasına NATO-ya üzv ölkələr arasında da etiraz edən yoxdur:

“ABŞ-nin də NATO xaric, bir çox ölkələrlə bənzər əməkdaşlıqları var. İsrail, Yaponiya və digər dövlətlərlə əldə olunan razılaşmalar da bu qəbildəndir. Hətta ABŞ ilə Səudiyyə Ərəbistanı və Qətər arasında da oxşar sazişlər imzalanıb. NATO üzvü Fransanın da Yunanıstanın Kipr Respublikası ilə müdafiə əməkdaşlığı mövcuddur. Yəni bu, Alyans üçün yeni fenomen deyil”.

Türkiyənin xarici işlər naziri Məkkə sazişi tipli sənədin Qafqaz ölkələri ilə də imzalana biləcəyini açıqlayıb:

“Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var”.

Onun fikrincə, Türkiyə bu tip əməkdaşlıqlar qurmaqla dünyanın bütün hissələrinə diplomatik təsir gücünə malik yeganə NATO üzvünə çevrilir:

“Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər”.

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Siyasət
26 sentyabr 2026 212 baxış
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 212 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 212 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 212 baxış
Seçilmişlər
icon