Pleyeri seçin:

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

25 sentyabr 2026 362 baxış

Qazaxıstanın Manqistau vilayətində hərbi təlim zamanı 19 nəfərin dənizə düşməsi və ölənlərin olması ilə bağlı araşdırma aparılır.

Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilsə də, ehtiyatda olan polkovnik Şair Ramaldanov təhlükəsizlik tədbirlərinin də araşdırılmalı olduğunu deyib.

Ekspertin sözlərinə görə, dənizdə keçirilən hərbi təlimlər zamanı hava proqnozu, ərazinin xüsusiyyətləri, hidroqrafik və digər məlumatlar əvvəlcədən nəzərə alınmalıdır:

“Təlim hazırlanarkən çox ciddi şəkildə dənizdə təhlükəsizlik tədbirləri nəzərdən keçirilir. Hava proqnozu tam şəkildə öyrənilir, təlim keçiriləcək ərazi seçilir və onun xüsusiyyətləri müəyyənləşdirilir”.

Şair Ramaldanov bildirib ki, hazırda hadisənin səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onun sözlərinə görə, ilkin olaraq hava şəraiti əsas versiyalardan biri olsa da, sonradan başqa ehtimallar da ortaya çıxıb.

Ekspert mümkün versiyalardan birinin desant gəmisinin sahilə yaxınlaşması zamanı yaranan vəziyyətlə bağlı olduğunu deyib:

“Kaspi dənizi getdikcə geri çəkilir və dibinin əvvəlki ilə müqayisədə dəyişməsi mümkündür. Həmin gəminin təxminən bir metr dərinliyə qədər sahilə çıxdığı barədə məlumat var. Əsgərlər ağır hərbi geyim və avadanlıqla sudan çıxarkən təxminən üç metr dərinliyində çöküntüyə düşüblər”.

Onun sözlərinə görə, ağır geyim və avadanlıq əsgərlərin suda hərəkətini çətinləşdirə bilərdi:

“Əsgərlər ağır geyimdə və avadanlıqla olduqları üçün özlərini idarə edə bilməyiblər. Bu ağırlıq onları suyun dibinə çəkə bilərdi. Dənizdə sualtı axınların da olması onların müxtəlif istiqamətlərə səpələnməsinə səbəb ola bilər”.

Ş.Ramaldanov qeyri-rəsmi mənbələrdə səsləndirilən təxribat versiyasına da münasibət bildirib. O, mövcud məlumatlara əsasən bu ehtimalın zəif olduğunu deyib:

“Əgər hadisə bu formada baş veribsə, burada təxribat xarakteri istisna olunur. Partlayış və ya başqa kritik vəziyyət barədə məlumat yoxdur. Hadisənin sahilə yaxın ərazidə baş verməsini nəzərə alsaq, təxribat ehtimalı çox azdır”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 362 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 362 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 362 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 362 baxış
Seçilmişlər
icon