Pleyeri seçin:
Kamran Əliyevdən "News.ru"ya müsahibə | Separatçıların işi barədə detallar açıqlandı
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanan cinayət işinin təfərrüatlarından danışıb.
O, “News.ru” informasiya portalına müsahibəsində bildirib ki, həmin şəxslərlə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq.
“Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər cinayət işinin materialları ilə tanış olurlar – bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, – Baş prokuror bildirib.
Kopyalandı
#Baş Prokurorluq teqi istifadə olunub
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Prokurorluq Gəncədə aşkarlanan mənimsəmə faktları üzrə cinayət işi başladıb - 24 SAAT
- Tarixi binanın sahibi istədiyini edə bilər? - Abidəyə qanunsuz müdaxilə üzə çıxdı - Baku TV
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
