Pleyeri seçin:

Kəndlər geri alınır, Ermənistanın Gürcüstan və İranla yolu bağlanır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

14 mart 2024 469 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Azərbaycanın Ermənistan işğalında qalan səkkiz kəndinin qaytarılması məsələsinin yenidən aktuallaşmasından, rəsmi açıqlamalara əsasən, sərhədin delimitasiyası üzrə komissiyaların martın yeddisində keçirilən görüşündə Azərbaycanın işğal altında qalan kəndlərinin qaytarılmasını tələb etməsindən söz açılıb.

Bildirilib ki, söhbət Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Sədərəyin Kərki kəndlərindən gedir. Rəsmi Bakı bununla bağlı “mərhələli həll” variantını irəli sürüb.

Birinci mərhələdə anklav olmayan dörd kənd – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarılmalıdır. İkinci mərhələdə isə anklavların – Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Kərki kəndlərinin qaytarılması müzakirə olunmalıdır.

Qeyd olunub ki, Ermənistan prosesdən yayınmaq və məsələni arxa plana keçirmək istəyir:

“Bu məqsədlə “31 erməni kəndi” haqqında qondarma iddianı ortaya atıblar: “Hazırda Ermənistanda müzakirə edilən əsas mövzulardan biri də dörd kəndin qaytarılmasıdır. Rəsmi İrəvan bununla bağlı yayındırıcı açıqlamalar versə də, erməni ictimai rəyində kəndlərin tezliklə qaytarılacağı fikri hakimdir”.

Bununla bağlı “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan bildirib ki, Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək:

“Birinci mərhələdə dörd kənd qaytarılacaq, daha sonra digərləri. Bununla da Lori rayonu sərhəd bölgəsinə çevriləcək. Rəsmi Bakının tələb etdiyi kəndlərin qaytarılması ilə Ermənistanın şimal müdafiə xətti tamamilə məhv ediləcək.

Ermənistana qaz kəməri də bu istiqamətdən daxil olur. Beləliklə, Rusiyadan gələn qaz kəməri də Azərbaycanın nəzarətinə keçə bilər. Lori rayonu sərhəd bölgəsinə və Ermənistan isə “anklav ölkəyə” çevriləcək”.

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 469 baxış
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
31 iyul 2026 469 baxış
Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Siyasət
31 iyul 2026 469 baxış
Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Siyasət
31 iyul 2026 469 baxış
Seçilmişlər
icon