Pleyeri seçin:

Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan danışdı | Müsbət nümunələr əldə etdik

14 aprel 2025 664 baxış

“Braziliya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər çox yaxşı gedir”.

Bu sözləri Baku TV-yə müsahibəsində Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Klaudio Kajado deyib.

“Biz artıq neft və qaz sahəsində – Petrobras ilə onun Bakıdakı analoji şirkəti arasında əməkdaşlığa başlamışıq. Ticari əlaqələrimiz də mövcuddur. Azərbaycan milli aviasiya şirkətimiz olan “Embraer”dən təyyarələr alıb. Kənd təsərrüfatı sahəsində isə Braziliyanın “Embrapa” təşkilatı ilə Azərbaycanın kənd təsərrüfatı sektoru arasında təcrübə mübadiləsi həyata keçirilib”, – deyə o qeyd edib.

Klaudio Kajado Azərbaycanda keçirilən COP29-dan da danışıb. O, tədbirin çox uğurla keçirildiyini bildirib:

“Ötən ilin noyabr ayında bu tədbirdə iştirak etmək imkanım oldu. Mühüm irəliləyişlər əldə olundu. COP29 Azərbaycan hökumətinin təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu bir daha nümayiş etdirdi.

Biz iki əsas sahədə mühüm nəticələr əldə etdik: karbon məsələsi və əhəmiyyətli hesab etdiyimiz fondun yaradılması. Bu, çox ciddi addım idi. Digər tərəfdən isə Braziliya Bakı ilə Belən arasında körpü rolunu oynayacaq. COP29 zamanı əldə etdiyimiz faydalı və müsbət nümunələri COP30-da, yəni bizim ölkədə keçiriləcək konfransda da tətbiq edəcəyik”.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 664 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 664 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 664 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 664 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 664 baxış
Seçilmişlər
icon