“Konstitusiya və Suverenlik İli” - Azərbaycanın yeni strateji hədəfləri | GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamı bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümü olduğunu nəzərə alaraq imzalayıb.
Qeyd edilib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəd kimi çıxış edir, həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil edir, vətəndaşlarının hüquq və azadlıqlarına təminat verir.
Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” təşəbbüsü hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.
O da bildirilib ki, Azərbaycanın konstitusiya hüquqlarının işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir:
“Bu, həmin ərazilərdə Azərbaycan qanunlarının işləməsi, dövlət qurumlarının fəaliyyətinin təşkil olunması ilə həyata keçirilir. Dövlətin bərpa etdiyi hüquqi çərçivə, əhalinin hüquq və azadlıqlarının qorunması, insanların sosial xidmətlərlə təmin olunması və iqtisadi inkişaf üçün hüquqi şərait yaradır”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
