Pleyeri seçin:

Kritik qlobal problemlər Bakıda həllini tapdı | COP29-un 13-cü günündə yaşananlar - COP BAKU

24 noyabr 2024 564 baxış

Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on üçüncü günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, COP-29-un son günündə müzakirələr zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ isə indiyədək bu sənədə məhəl qoymayıb.

COP29 keçirilən məkanda iqlim fəalları etiraz aksiyası təşkil ediblər. Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər.

İqlim maliyyəsinin müəyyən edilməsi ilə bağlı uzun və gərgin keçən müzakirələr isə axşam saatlarına qədər davam edib. Bağlanış sessiyasının birinci hissəsində sənədlərin bir qismi təsdiqlənsə də, yekun qərar üçün əlavə müzakirələr gecə saatlarına qədər çəkib.

COP29-un bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul olunub. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Yeni məbləğ hədəfinin elan olunması alqışlarla qarşılanıb.

COP29-da dəstəyə ehtiyacı olan dövlətlərin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını nəzərdə tutan qərarın qəbul olunması da əsas uğurlardan biridir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 731 milyon ABŞ dollarından artıqdır.

Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılığın əldə edilməsi də əldə olunan əsas nəticələrdən biri hesab edilir. Bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə 250 milyard dollar vəsaitə qənaət etməyə kömək edəcək. Bununla da 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub.

Banner
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 564 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 564 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 564 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 564 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 564 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 564 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 564 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 564 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 564 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 564 baxış
Seçilmişlər
icon