Leyla Əliyeva Uşaq Vərəm Sanatoriyasını ziyarət etdi - Baku TV
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 5 saylı Uşaq Vərəm Sanatoriyasında olub.
Ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sümük iliyi nəqli mərkəzinin açılış mərasimində də iştirak edib. Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək.
Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.
Qeyd olunub ki, hazırda müəssisənin tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır.
Leyla Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya da baş çəkib, onun səhhəti ilə maraqlanıb və ona hədiyyə təqdim edib.
#Leyla Əliyeva teqi istifadə olunub
- Azərbaycanla Türkmənistan arasında anlaşma memorandumu imzalandı
- Leyla Əliyeva Türkmənistanda xeyriyyə Fondunun açılışında iştirak edib - Baku TV
- SOCAR-ın dəstəyi ilə hazırlanmış yeni kitabın təqdimatı keçirilib - Baku TV
- Heydər Əliyev Fondu Nigerdə sosial layihələr icra edəcək - Baku TV
- Leyla Əliyeva və Arzu Əliyeva professor Məhəmməd Yunusla görüşüblər - Baku TV
