Pleyeri seçin:

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə dönüşü Azərbaycanı necə xilas etdi? - Baku TV

12 dekabr 2025 123 baxış

Azad, müstəqil və öz taleyinin sahibi olmaq Azərbaycan dövlətçiliyi üçün ağır və sərt sınaqlar demək idi. Bir məmləkətin hürriyyətinin etibarlı bünövrəsini yaratmaq isə yalnız dönməz, iradəli xarakterin gerçəkləşdirə biləcəyi xidmətdir. Heydər Əliyev ölkəmizin və millətimizin yolunda belə əsaslı dönüşü mümkün edə bildi.

Ulu öndər Heydər Əliyev hələ sovet dövründə müstəqil Azərbaycan ideyası ilə misilsiz xidmətlər göstərirdi. O dövrdə yeni sənaye sahələri yaradıldı. Ölkəmiz neft məhsulları, polad borular, əlvan metallar, tikinti materialları, məişət kondisonerləri, avtomobil hissələri istehsalı, xalçaçılıq kimi sahələrdə aparıcı mövqedə idi.

Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. İnkişaf edən iqtisadiyyat üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi vacib idi. Heydər Əliyev gəncləri Moskvanın, eləcə də SSRİ-nin digər şəhərlərinə göndərilməsini ənənəyə çevirmişdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması isə milli ordunun formalaşması üçün mühüm addım idi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra isə ilk illərdə hakimiyyət uğrunda mübarizə dövlətçiliyə ağır zərbə vurdu. Ölkəmiz həmin illərdə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev yenidən böyük siyasi iradə nümayiş etdirdi. İlk növbədə, deskturktiv qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. 1994-cü ildə Azərbaycan-Ermənistan müharibəsində atəşkəsə nail olundu.

Yaranmış sabitlikdə həmin ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Məqsəd Azərbaycanın təbii sərvətlərindən xalqın rifahı naminə səmərəli istifadə idi. Baxmayaraq ki, bu layihənin reallaşması üçüb ciddi əngəllər vardı, lakin Heydər Əliyev qətiyyətlə neft sazişi ilə bağlı işləri davam etdirdi.

Həmçinin ölkədə bazar iqtisadiyyatı bərqərar oldu. Eləcə də insan hüquq və azadlıqlarının inkişafı üçün imkanlar yarandı. ABŞ, Türkiyə, Çin kimi ölkələrlə faydalı əlaqələr quruldu, Rusiya və İran kimi kimi vacib qonşularla balanslaşdırılmış münasibətlər saxlanıldı.

Ulu öndərin bu siyasəti öz bəhrəsini bu gün də verir. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri, onların ölkəmizə verdiyi dəstək, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Aİ ölkələri ilə əməkdaşlığı bölgədə geosiyasi mənzərənin ciddi sürətdə dəyişdiyini göstərir. Bütün bunlar keçmişdə görülən işlərin bəhrəsi və Azərbaycan adlı məmləkətə duyulan sonsuz sevgidir.

Kopyalandı
İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - Baku TV

İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
Prezident Davosda "BlackRock" və "Global Infrastructure Partners"in rəsmiləri ilə görüşüb - Baku TV

Prezident Davosda "BlackRock" və "Global Infrastructure Partners"in rəsmiləri ilə görüşüb - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
Azərbaycan çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur | Prezident - Baku TV

Azərbaycan çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər qurur | Prezident - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
Serbiya Prezidenti İlham Əliyev barədə danışdı - Baku TV

Serbiya Prezidenti İlham Əliyev barədə danışdı - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
İlham Əliyev qonşu ölkələrlə olan iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

İlham Əliyev qonşu ölkələrlə olan iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ - türk tarixinin izi - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Başnalı, Başsız, Berd qalacıq, Berdadağ - türk tarixinin izi - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 yanvar 2026 123 baxış
Bu, olduqca böyük bir tarixi nailiyyətdir | İlham Əliyev - Baku TV

Bu, olduqca böyük bir tarixi nailiyyətdir | İlham Əliyev - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
“Bizim üçün çox vacibdir” | Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - Baku TV

“Bizim üçün çox vacibdir” | Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
İlham Əliyev AP-nin ədalətsiz mövqeyinə münasibət bildirdi - Baku TV

İlham Əliyev AP-nin ədalətsiz mövqeyinə münasibət bildirdi - Baku TV

Siyasət
20 yanvar 2026 123 baxış
Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısı - Baku TV CANLI

Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısı - Baku TV CANLI

Siyasət
20 yanvar 2026 123 baxış
Seçilmişlər
icon