Pleyeri seçin:
Mehriban Əliyeva şahmatçımız Ülviyyə Fətəliyevanı təbrik edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibətilə təbrik edib.
Təbrik Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində paylaşılıb.
"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Kopyalandı
#Mehriban Əliyeva teqi istifadə olunub
- Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası arxasında söhbət etdilər - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Ərdoğan və xanımını hava limanında qarşıladılar - Baku TV
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
