Pleyeri seçin:
Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış oldu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub. Oktyabrın 16-da baş tutan səfər zamanı o, bazilikanın baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Mehriban Əliyeva bunun son 14 ildə Vatikana 6-cı səfəri olduğunu qeyd edərək, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa layihələrinin (o cümlədən Müqəddəs Komodilya katakombalarının) əhəmiyyətini vurğulayıb və əməkdaşlığın davamlı olacağını bildirib. Kardinal Ceyms Harvi öz növbəsində, bu nəcib işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.
Kopyalandı
#Mehriban Əliyeva teqi istifadə olunub
- Efiopiyanın Baş naziri və birinci xanımının şərəfinə rəsmi nahar verildi - Baku TV
- Mehriban Əliyeva və Leyla Əliyeva Efiopiyanın birinci xanımı ilə bir arada - Baku TV
- Prezident və birinci xanım Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini qarşıladılar - Baku TV
- Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Xanabad kəndində olub - Baku TV
